Şahdəniz və AÇG yataqlarının gəliri açıqlandı

Leyla Aliyeva 02/09/2020

Bu il Azəri-Çıraq-Günəşli yatağından (01.01.2020 - 01.09.2020 tarixinə qədər) 2 657 milyon dollar gəlir əldə edilib.

"XəbərBuro" xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondundan verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) qeyd olunan tarixə qədər 232 mln. dollar gəlir qazanılıb.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 166 mln. ABŞ dolları təşkil edib.