Şahbaz Quliyevin bacısı: “Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram”

“Qardaşımın girovluqdan azad olunması xəbəri məni hədsiz sevindirdi, Prezidentimizə öz təşəkkürümü bildirirəm”.
Bunu APA-ya açıqlamasında Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib. “Əgər torpaqlarımız alınmasaydı, Şahbazla Dilqəm də girovluqdan xilas ola bilməyəcəkdi. Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram.
Şükür Allaha, bizi qovuşdurdu”, - deyə o, bildirib. İradə Quliyeva xəbəri yeni öyrəndiyini, hələ qardaşı ilə görüşmədiyini deyib. Qeyd edək ki, bu gün 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.