Şagirdlərin maska taxması məcburi olmayacaq

Leyla Aliyeva 11/09/2020

Təhsilalanların maska taxması onların valideynlərinin istəyindən asılı olacaq. Amma müəllimlər dərs vaxtı maskadan əlavə üz sipərləri ilə də təmin ediləcək”.

“XəbərBuro” xəbər verir ki, bu barədə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, peşə və ali təhsil ocaqlarında isə maska taxmaq məcburidir.

R. Ağayev həmçinin bildirib ki, məktəblərdə şagirdlərə və müəllimlərə COVID-19-la bağlı xüsusi yardım göstərilməyəcək, məktəblərdə xüsusi kiçik izolyasiya otağı olacaq: “Hərarəti və digər şübhəli əlamətləri olan şagird və müəllimlər həmin otağa yerləşdiriləcək, daha sonra təcili tibbi yardım çağırılacaq və xəstədən test götürüləcək”, R. Ağayev əlavə edib.