“Şagirdlər məsafəyə uyğun götürüləcək, o birilər digər növbəyə qalacaq”

Leyla Aliyeva 11/09/2020

“Yeni tədris ilində sinifdə şagirdlərə say məhdudiyyəti qoyulmur. Əsas 1,5 m məsafənin gözlənilməsidir. Məsələn, 60 kv metr otaqda dərs keçiriləcəksə, partaların 1,5 metr məsafədə düzülməsinə imkan verən sayda şagird götürüləcək. Qalan şagirdlər isə digər növbəyə qalacaq”.

“XəbərBuro” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, uşağının məktəbə getməsindən ehtiyat edən valideynlər iltizam formasını doldurmaqla uşaqlarını məktəbə göndərməyə bilər.