Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib
Məmmədzadə Zərintac 09/08/2020

Sabirabadda vəzifəli şəxsin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
“XəbərBuro" xəbər verir ki, hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Avtomobil Sabirabad rayon İcra Hakimiyyəti başçısının 2-ci müavini Vahid Həsənovu vurub. O Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılıb.