Sabirabadda toy məclisi quranlar cərimələniblər

Məmmədzadə Zərintac 20/07/2020

Sabirabad rayonun Bala Həşimxanlı kəndində toy məclisi təşkil edənlər cərimələnib. 

“Xəbərburo" xəbər verir ki, kənddə E. Əsədovun öz evinin həyətində toy məclisi təşkil etdiyi müəyyənləşib. Bu məclisdə 20 nəfərə yaxın şəxs toplaşaraq xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. 

Polis əməkdaşları məclisdə iştirak edən 9 nəfəri saxlayıblar. Saxlanılan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.