Sabiq icra başçısının həbs müddəti uzadıldı

Fəxriyyə Qüdrətli 12/06/2020

Bu gün Səbail Rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə həbs olunan digər vəzifəli şəxslər barəsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

"Xəbərburo" "APA"a istinadən xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib.

İ.Vəliyev və digərləri barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.