Sabaha olan hava proqnozu açıqlanıb

Leyla Aliyeva 19/07/2020

"Xəbərburo" bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 20 iyul Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 23-27, gündüz 33-38, Bakıda  gecə 24-26, gündüz  35-37 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.  

20 iyulda Azərbaycanın bəzi rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. 
Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə  isti olacaq.