Sabah paytaxtda 35 dərəcə isti olacaq

Məmmədzadə Zərintac 16/07/2020

Ölkəmizdə sabah üçün gözlənilən hava şəraiti açıqlanıb. "Xəbərburo" xəbər verir ki,   Milli Hidrometeorologiya Xidmətindən gələn məlumat əsasında, 17 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz ediləcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz  30-35, Bakıda gecə 23-25, gündüz  33-35 dərəcə isti olacaq. 
Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu,  nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. 

Havanın temperaturu  gecə 21-26, gündüz  33-38, dağlarda gecə 12-17, gündüz  21-26 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərədüddü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişlidir.