Saakaşvilinin səhhətində yeni problemlər yaranıb

Esed Abasli 16/12/2021

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müvazinətini saxlaya bilmir.

XəbərBüro “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə onun anası Julie Alasania bildirib.

Onun sözlərinə görə, Gürcüstanın keçmiş lideri əvvəllər belə problemlərlə üzləşməyib. “Gəzərkən tarazlığının pozulduğunu görəndə həkimə çox təəccübləndiyimi bildirdim.

Əvvəllər o, yaxşı yeriyirdi, amma indi onun müvazinətini saxlamaq çətindir”, - Alasania jurnalistlərə deyib.