Rüşvət alarkən görüntülənən polis xidmətdən qovuldu.

Aynur 09/09/2021

AAAF Park yaşayış kompleksində binaların fundamentə bitişik torpaq sahəsini və beton layları sökərək obyekt kimi istifadə edən şəxslərdən rüşvət alaraq buna göz yuman polis əməkdaşı orqandan xaric edilib.

“XəbərBüro” xəbər verir ki, bir neçə gün öncə polisin rüşvət alaraq ərazidən uzaqlaşma anı qonşu binada yaşayan sakinlər tərəfindən videoya çəkilib. Həmin görüntülər redaksiyamıza təqdim edilib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin görüntülər araşdırılıb: “Polis adına ləkə gətirən hərəkətlərə yol verdiyi üçün polis serjantı E.Abbasov Çevik Polis Alayının komandirinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib”.