Rusiyada yaşayan vətəndaşlarımızın təşəbbüsü ilə anım guşəsi hazırlanıb

Məmmədzadə Zərintac 18/10/2020

Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında Qarabağa dəstək stendi yerləşdirilib.

"XəbərBuro" xəbər verir ki, Rusiyada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə hazırlanmış anım guşəsində erməni terroru nəticəsində Gəncədə dinc əhalinin öldürülməsini əks etdirən fotolar, “Stop armenian agressions”, “Armenia kills children”, “Pray for Ganja” şüarları, terror zamanı həlak olanların, eyni zamanda cəbhədə şəhid olan əsgərlərimizin fotoları yerləşdirilib.

Anım guşəsini ziyarət edən şəxslər ora əklillər və gül-çiçək dəstələri qoyublar, erməni terroru ilə daha yaxından tanış olublar.