Rusiyada yanğın: 4 uşaq öldü,ana axtarılır

Esed Abasli 13/02/2022

Rusiyanın İvanovo vilayətinin Yuryevets şəhərində baş verən yanğında 1, 4, 5 və 10 yaşlı uşaqlar ölüb. Ehtiyatsızlıqdan baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Rusiyanın İstintaq Komitəsinin regional istintaq şöbəsi məlumat verib:

“2022-ci il fevralın 13-də səhər saat 8 radələrində Rusiyanın İvanovo vilayətindəki istintaq orqanlarına fərdi evlərdən birində baş vermiş yanğın nəticəsində dörd azyaşlı uşağın ölməsi barədə məlumat daxil olub.

Bu faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinə əsasən, cinayət işi başlanıb. İstintaq müəyyən edib ki, yanğının söndürülməsi zamanı xilasedicilər 1, 4, 5 və 10 yaşlı dörd azyaşlı uşağın cəsədini aşkar ediblər.

İlkin məlumata görə, yanan evdə 4 uşaqlı ana yaşayırdı, ailənin yararsız və anormal vəziyyətdə həyat sürməsi qeyd olunur.

Hazırda ananın yeri müəyyənləşdirilir.