Rusiyada son sutkada 4852 nəfərdə COVİD-19 aşkarlanıb

Məmmədzadə Zərintac 23/08/2020

Rusiyada son sutkada daha 4 852 nəfərdə COVİD-19 aşkarlanıb və 73 nəfər ölüb. “XəbərBuro”  xəbər verir ki, bu haqda “worldometers.info” saytında bildirilib.

Ölkədə xəstələnənlərin sayı 956 749-a, virus qurbanlarının sayı isə 16 383-ə yüksəlib.

İndiyə kimi  770 639 xəstə sağalıb. Ölkədə 169 727 aktiv koronavirus xəstəsi var və onlardan  2 300-nün vəziyyəti ağırdır.