Rusiyada partlayışda hərbçi həlak oldu.

Aynur 14/09/2021

Rusiyada Primorsk diyarında müqavilə əsasında xidmət edən hərbçi həlak olub.


“XəbərBüro” xəbər verir ki, bu barədə məlumatı Sakit okean Donanmasının Mətbuat Xidməti yayıb.


Məlumata əsasən, hərbçi partlayış təhlükəsi daşıyan predmetlərlə davranış qaydalarını pozması səbəbindən ölüb.


Hazırda faktla bağlı araşdırma aparılır.