Rusiyada “Marker” döyüş robotlarının son sınaqları gələn il baş tutacaq

Togrul Quliyev 30/06/2020

Rusiyanın İnkişaf etmiş Tədqiqat Layihələri Fondunun tərkibində fəaliyyət göstərən Texnologiyaların inkişafı və Robototexnikanın Əsas Elementləri Mərkəzi və Android Texnika Elmi İstehsalat Birliyinin birgə istehsalı olan “Marker” döyüş robotları gələn il son sınaqlarını yerkunlaşdıracaq.

XəbərBuro Ordu.az-a xəbər verir ki, bu barədə Mərkəzin rəhbəri Oleq Martinov TASS-a məlumat verib.

Bildirilir ki, robotun sınaqları başa çatdıqdan sonra Rusiya ordusuna təhvil veriləcək.

Döyüş robotları yüksək manevr imkanlarına malikdir. Qeyd olunur ki, tırtıllı robotlar uzaqdan idarə olunan silahlarla təchiz oluna bilər.