Rusiyada koronavirusa qarşı peyvəndlənmə pulsuz olacaq

Röya Vahabova 01/08/2020

Rusiyada koronavirus infeksiyasına qarşı peyvəndlənmə pulsuz olacaq. Bu barədə "Xəbərburo" məlumat verir. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə naziri Mixail Muraşko deyib.

“Koronavirusa qarşı peyvəndlənməni tamamilə büdcə vəsaiti hesabına etməyi planlaşdırırıq. Müvafiq olaraq, peyvəndlənmə sxemi hamıya məlumdur – o, planlı olacaq”, - Muraşko jurnalistlərə deyib.

Daha əvvəl Muraşko bildirmişdi ki, Rusiyada koronavirus infeksiyasına qarşı kütləvi peyvəndlənmənin oktyabr ayında başlanması planlaşdırılır. Səhiyyə Nazirliyinin Qamaleya adına Mikrobiologiya və Epidemiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqları artıq başa çatıb, indi peyvəndin qeydiyyatı üçün sənədlər paketi hazırlanır.