Rusiyada feysbukun fəaliyyəti məhdudlaşdırılır

Mükafat İsazadə 25/02/2022

Rusiya bu gündən etibarən feysbuka girişi qismən məhdudlaşdırmaq üçün tədbirlər görəcək.


"XəbərBüro" xəbər verir ki, bu barədə “Roskomnadzor” məlumat yayıb.


Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla sosial şəbəkənin ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında əli olduğunu müəyyən edib.


Bundan əvvəl feysbukda “RİA Novosti” səhifəsinə məhdudiyyətlər qoyub. Həmçinin, Rusiyanın 4 media orqanının – “Zvezda”, “RİA Novosti”, “Lenta.ru” və “Qazeta.ru”nun materialları senzuraya məruz qalıb.