Rusiyada daha 8984 nəfər Covid-19-a yoluxdu
07/06/2020

Rusiyada son sutka ərzində 134 nəfər koronavirusdan dünyasını dəyişib, 8984 nəfər isə Covid-19-a yoluxub.
“XəbərBuro” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni yoluxanlar ən çox Moskva, Moskvaətrafı, Sankt-Peterburq, Nijeqorod və Sverdlovsk vilayətlərinin sakinləridir. 3458 nəfərdə virus simptomsuz olub.
Qeyd edək ki, Rusiyada pandemiyanın başlanğıcından 467 min 673 nəfər koronavirusa yoluxub, 5859 nəfər isə dünyasını dəyişib.