Rusiyada çoxmərtəbəli evdə partlayış olub

Məmmədzadə Zərintac 21/08/2020

Rusiyanın Yaroslavl şəhərində çoxmərtəbəli evin mənzillərindən birində baş vermiş partlayışda bir nəfər ölüb və üç nəfər zərər çəkib. “XəbərBuro" xəbər verir ki, bu haqda “RİA Novosti” bildirib.

Hadisə Batov küçəsində yerləşən beş nömrəli evdə olub.

Beşinci mərtəbədən ikinciyi mərtəbəyə qədər  konstruksiyalar dağılıb və evin sakinləri evakuasiya edilib.