Rusiyada bu ilin yekununda 5%-ə yaxın illik inflyasiya proqnozlaşdırılır
Həsənova Bənövşə 05/12/2020

Rusiyada bu ilin yekununda 5%-ə yaxın illik inflyasiya proqnozlaşdırılır
Bu ilin yekununda Rusiyada illik inflyasiya 4,6-4,8 % təşkil edəcək.
"XəbərBüro" Report.az -a istinadən xəbər verir ki, bu proqnozla qonşu ölkənin İqtisadi İnkişaf Nazirliyi çıxış edib.
Qurum həmçinin bəyan edib ki, bu ay Rusiyada ötən aya nisbətən 0,6-0,7% qiymət artımı olacaq.
Nazir müavini Polina Kryuçkovanın sözlərinə görə, dekabrda qiymət artımına təsir edən əsas amil noyabrın II yarısından başlayaraq valyuta bazarında vəziyyətin sabitləşməsi, elədə qlobal kənd təsərrüfatı məhsulların bazarındakı konyukturadan asılı olaraq ölkədaxili qida bazarında qiymətlərin necə dəyişməsi olacaq.