Rusiyada beynəlxalq uçuşlar avqustun 1-dən bərpa olunacaq

Məmmədzadə Zərintac 24/07/2020

Avqustun 1-dən başlayaraq Rusiyanın Moskva regionu, Sankt-Peterburq və Rostov-na-Donu şəhərlərindən beynəlxalq aviareyslər bərpa olunacaq.

"XəbərBuro"  xəbər verir ki, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin açıqlama verib.

Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova isə bildirib ki, avqustun əvvəlindən etibarən London, İstanbul və Ankaraya, 10 avqustdan başlayaraq isə - Bodrum, Dalaman, Antaliyaya uçuşlar bərpa ediləcək.