Rusiyada azərbaycanlı həbs olunub
12/07/2020

Rusiyada azərbaycanlı hakim qarşısına çıxarılıb.
"Xəbərburo" xəbər verir ki, bu haqda Dağıstan Respublikasının Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, azərbaycanlı 2019-cu ilin sonlarında qanunsuz yolla Dağıstan ərazisinə 24 kiloqram kürü keçirməyə cəhd edərkən saxlanılıb.
“Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində baxış zamanı ələ keçirilmiş malın dəyəri iki milyon rubldur.
Məhkəmənin qərarına əsasən o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.