
Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs saxlanılıb
21/06/2020
Rusiyanın Smolensk şəhərində Azərbaycan vətədanşı olan tələbəni qətlə yetirən şəxs Volqoqrad şəhərinin Voroşilov rayonunda saxlanılıb.
"Xəbərburo"nun "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Təhqiqat İdarəsi məlumat yayıb.
Bildirilir ki, cinayəti törədən şəxs taksidə saxlanılıb və polisə müqavimət göstərməyib. Hazırda onun Smolenskdən Volqoqrada gətirilməsi üçün tədbirlər görülür.
Xatıraldaq ki, iyunun 12-si Volqoqrad şəhərinin Voroşilov rayonunda Tibb Uiversitetinin birinci kurs tələbəsinin meyiti aşkar edilmişdi. Hüquq-mühafizə orqanlarındakı mənbə "TASS"a meyiti aşkarlnan şəxsin Azərbaycan vətəndaşı olduğunu bildirmişdi
Related Articles


Qayınanasını öldürdüyünü etiraf etsə də, ərinin qətlə yetirdiyi məlum oldu



Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı - üzr istədi








Xaricdə yaşayan narkotacirə Bakıda narkokuryerlik edən 3 nəfər saxlanıldı.










