Rusiyada axtarışda olan cinayətkar Ermənistanda tutuldu

Aynur 23/09/2021

Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 27 yaşlı Srapion Q. Yerevanda saxlanılıb. 

“XəbərBüro” erməni mediasına istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik idarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, 2019-cu ilin iyulundan axtarışda olan Srapion Yerevanda Nor-Nork inzibati rayonunda pasport-qeydiyyat şöbəsində saxlanılıb.

Qeyd edək ki, Srapion qətl törətdiyinə görə axtarışa verilib. O, Moskva şəhər məhkəməsinin qərarı ilə həbsə məhkum edilib.