Rusiya yeni casus təyyarəsininin zavod sınaqlarına başlayıb

Togrul Quliyev 28/06/2020

Rusiya Silahlı Qüvvələri üçün “Myasişçeva” zavodu tərəfindən hazırlanmış An-140-100 casus təyyarəsinin zavod sınaqları başlayıb.

XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, sınaq zamanı təyyarənin təhlükəsizlik parametrləri və orada quraşdırılmış avadanlıqların performansları yoxlanılacaq.

Qeyd olunur ki, An-140-100 təyyarəsi Rusiya Silahlı Qüvvələri tərəfindən yüksək keyfiyyətli fotoqrafiya və rəqəmsal ərazi məlumatları yaratmaq üçün istifadə ediləcək.