Rusiya Ukraynada 11 min hərbçisini itirib

Esed Abasli 06/03/2022

“Çox ağır müharibədir. Təcavüzkar ağır itkilər verir”.

Bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Tviter hesabında yazıb.

“Martın 6-sı səhər saatlarına olan məlumata görə, Rusiya 11000-ə yaxın hərbçisini, 300-ə yaxın tankını, 40-dan çox təyyarəsini və 48 helikopterini itirib.

Onlarla artilleriya sistemi məhv edilib. Ukraynalılar bütün bunları 10 gün ərzində ediblər. Və daha çox şey edəcəklər”, - Podolyak bildirib.