Rusiya-Ukrayna danışıqlarının 4-cü raundunun yeri məlum olub

Esed Abasli 07/03/2022

Rusiya-Ukrayna danışıqlarının 4-cü raundunun yeri məlum olub.

Bu barədə Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski açıqlayıb.

"Bu gün nəyinsə imzalanacağını güman etmək sadəlövhlük olardı. Təbii ki, bu sənədlər üzərində iş çox yaxın vaxtlarda davam etdiriləcək.

Növbəti, dördüncü raund Belarus ərazisində keçiriləcək.

Dəqiq tarix isə bilinmir", - Slutski bildirib. Komitə rəhbəri qeyd edib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar ciddi şəkildə gedir və ən qısa müddətdə davam etdiriləcək.