Rusiya Qara dəniz üzərində ABŞ-a məxsus hərbi təyyarələrin uçduğunu aşkarlayıb

Togrul Quliyev 30/06/2020

Rusiya ordusunun “Su-27” qırıcı təyyarəsi Qara dənizin neytral suları üzərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarənin uçduğunu aşkar edib.

XəbərBuro Ordu.az-a xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Qara dəniz üzərində uçan təyyarələr P-8A “Poseidon” patrul təyyarəsi və RC-135 təyyarəsi olub.

Nazirlik təyyarələri izləmək üçün neçə qırıcı göndərməsi barədə məlumat verməyib. Rusiya ABŞ təyyarələrini radarda xeyli uzaqlaşana qədər izləyib.