Rusiya klubunun 3 futbolçusunda koronavirus tapılıb

Məmmədzadə Zərintac 06/07/2020

Rusiya Milli Futbol Liqasında (FNL) çıxış edən "Tom" klubunun 3 futbolçusu koronavirus infeksiyasına yoluxub.

"Xəbərburo" xəbər verir ki, bu haqda klubun təmsil etdiyi Tom şəhərinin Operativ Qərargahı məlumat yayıb.

Virus aşkarlanan oyunçulardan biri xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Digər 2 futbolçunun durumu nisbətən yaxşıdır və onlar ev şəraitində həkim nəzarətindədirlər.

Komandanın digər üzvlərinin analizlərinin nəticələri  mənfi çıxıb.

Vurğulayaq ki, "Tom" koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümü 9-cu pillədə yekunlaşdırıb.