Rusiya hərbi parad zamanı “Pantsir” sistemlərinin yeni versiyasını təqdim edəcək

Rusiya Moskvada keçiriləcək hərbi paradında “Pantsir” zenit-raket sisteminin yeni inkişaf etmiş versiyasını təqdim etməyi planlaşdırır.
XeberBuro.com Ordu.az-a isitinadən xəbər verir ki, paradda ilk dəfə olaraq “Pantsir-S1M” adlandırılan qısa mənzilli hava hücumundan müdafiə sistemi nümayiş etdiriləcək.
“Pantsir-S1M” hava hücumundan müdafiə sistemi “Kamaz-53958” maşınlarının şassisinə əsaslanır və yeni radar və inkişaf etmiş infraqırmızı elektro-optik hədəf izləmə sistemi ilə təchiz edilib.
ZRK-lar döyüş təyyarələri, pilotsuz uçuş aparatları və gəmi əleyhinə raketlər və qanadlı raketlər də daxil olmaqla yüksək dəqiqlikli silahlardan qorunmaq üçün nəzərdə tutulub.
Xatırladaq ki, iyunun 24-də Moskvada İkinci Dünya Müharibəsində qələbənin 75 illiyi münasibətilə hərbi parad keçiriləcək. Paradda Azərbaycan da daxil olmaqla 19 müxtəlif ölkənin iştirak etməsi gözlənilir.