Rusiya beynəlxalq axtarışda olan 3 nəfəri ölkəmizə təhvil verib

Məmmədzadə Zərintac 24/07/2020


Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinin istəyi əsasında Azərbaycan ərazisində cinayət törətməkdə təqsirləndirilənləri cinayət təqibi üçün təhvil verib.

"XəbərBuro" xəbər verir ki, bununla bağlı  Rusiya Federasiyası Baş Prokurorluğundan  məlumat verilir.

Məlumata görə, 3 nəfər xüsusi kanvoyun müşayiəti ilə Azərbaycana təhvil verilib.


 Şirxan Abdullayev 2015-ci ilin mart ayında Gəncə şəhərində baş verən dava zamanı zərərçəkmişi bıçaqlamaqda, ona ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Elvin Cəfərov 2017-ci ilin martında Bakıda sifarişlə hərəkət etməklə, təhdid və zorakılıqlardan istifadə edərək bir nəfəri oğurlamaqda ittiham olunur.

Fuad Abbasov isə 2019-cu ilin iyun ayında Bakıda olarkən mübahisə zəminində tanışına ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Müttəhimlər cinayətləri törətdikdən sonra hüquq-mühafizə orqanlarından qaçıblar və onlar beynəlxalq axtarışa verilib.