Rostislav Pevtsov 20-ci pillədə qərarlaşıb

Məmmədzadə Zərintac 04/08/2020

Avropa Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

“XəbərBuro” xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov 2414 xalla 20-ci pillədə qərarlaşıb.

Siyahının ilk pilləsində Vinsent Luis (Fransa) yer tutub. İlk “üçlüy”ü İspaniya idmançıları Mario Mola və Fernando Alarza tamamlayırlar.