"Roma" klubunun 9 ay ərzindəki itkisi açıqlandı

Fəxriyyə Qüdrətli 06/06/2020

"Xəbərburo" xəbər verir ki, İtaliyanın "Roma" klubunun 2019/2020 maliyyə ilinin 9 ay ərzindəki itkisi bəlli olub. Paytaxt təmsilçisi zərəri martın 31-dək 126.4 milyon avroya çatıb.

Bir il əvvəl bu göstərici 29,5 milyon avrodur. Martın 31-dək "Roma"nın xalis maliyyə borcu 280.5 milyon avro olub.

Klubun itkilərlə üzləşməsi Çempionlar Liqasında oynamaması və koronavirus pandemiya ilə əlaqədardır.

Qeyd edək ki, mart ayında koronavirusa görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq. 26 oyuna 45 xal toplayan "Roma" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.