Rəsmi Bakıdan təlimlərlə bağlı Ermənistan XİN-ə cavab

Leyla Aliyeva 28/07/2020

"Xəbəburo" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimin bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat kimi qiymətləndirməsi məsələsinə cavab verib. 

Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir: 

“Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”.