Rəşad Sadıqovun köməkçiləri müəyyənləşdi

Leyla Aliyeva 19/07/2020

"Zirə" Futbol Klubunun baş məşqçisi Rəşad Sadıqovun köməkçilərinin adına aydınlıq gətirilib.

“Xəbərburo" xəbər verir ki,  bu barədə “Zirə”nin rəsmi instaqram hesabında məlumat verilib.

“Bundan sonra Borçe Xristov, Eltun Yaqublu və Nəriman Hüseynov da əsas komandanın məşqçilər korpusunda yer alacaq”, - paylaşımda deyilir.