Rəşad Sadıqov baş məşqçi olaraq birinci qələbəsini qazandı

Məmmədzadə Zərintac 12/09/2020

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

"XəbərBuro" xəbər verir ki, bu gün daha bir qarşılaşma olub.

“Səbail” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Sözügedən komandalar yeni mövsümdə ilk qələbə üçün meydana çıxıblar. Üç qolun qeydə alındığı görüşün sonunda qələbəni “Zirə” futbolçuları bayram ediblər.

Bu, "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqovun baş məşqçi kimi Premyer Liqada ilk qələbəsi olub.

Azərbaycan Premyer Liqası
2-ci tur
12 sentyabr

Səbail – Zirə 1:2
Qol: Ü.Abbasov, 80-pen – D.Volkov, 47. R.Qurbanov, 67-pen.