Reanimasiyadakı xəstələrin sayı açıqlanıb

Məmmədzadə Zərintac 31/07/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusa dair  31 iyula olan statistik göstəriciləri açıqlayıb.

"XəbərBuro" xəbər verir ki, hazırda ölkədə 5 548 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 266 nəfər reanimasiyada və 68 nəfər süni tənəffüs cihazındadır.

Ümumilikdə 31 878 nəfər virusa yoluxub, 25 882 nəfər sağalıb.

Bu gün 7789 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı ümumilikdə 724 953 test aparılıb.

Bildirək ki, bu gün 318 koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər ölüb və 714 nəfər sağalıb.