Reanimasiyada olan xəstələrin sayı çoxalıb

Məmmədzadə Zərintac 07/09/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVİD-19-a dair  7 sentyabr üçün statistikanı açıqlayıb.

"XəbərBuro" xəbər verir ki,  hazırda ölkəmizdə 2 030 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 139 nəfər reanimasiyada və 12 nəfər süni tənəffüs cihazındadır. Keçən gün bu rəqəmlər müvafiq olaraq 130 və 11 idi.

Ümumilikdə 37 418 nəfər virusa yoluxub, 34 837 nəfər sağalıb, 551 nəfər ölüb.

Bu gün 3 936 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı ümumilikdə 967 040 test aparılıb.

Qeyd edək ki, bu gün 89 koronavirusa yoluxma faktı qeydə alınıb, 132 nəfər sağalıb, 3 nəfər ölüb.