Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Məmmədzadə Zərintac 10/09/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVİD-19-a dair 10 sentyabra olan statistik göstəriciləri açıqlayıb.

"XəbərBuro" xəbər verir ki, məlumata görə hazırda ölkədə 2 049 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 138 nəfər reanimasiyada və 14 nəfər  süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 139 və 15 idi.

Ümumilikdə 37 874 nəfər virusa yoluxub, 35 269 nəfər sağalıb, 556 nəfər vəfat edib.

Bu gün 7 290 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 988 268 test aparılıb.

Bu gün 142 koronavirusa yoluxma faktı qeydə alınıb, 150 nəfər sağalıb, 1 nəfər ölüb.