"Real Madrid" Takefusa Kubonu yenə icarəyə göndərib

Məmmədzadə Zərintac 10/08/2020

İspaniya "Real Madrid"i futbolçusu Takefusa Kubonu yenidən icarəyə göndərib.

"XəbərBuro"  xəbər verir ki, yaponiyalı hücumameylli yarımmüdafiəçi 2020/2021 mövsümünü "Vilyarreal"da keçirəcək.

19 yaşlı asiyalı ötən mövsümdə isə icarə əsasında "Malyorka"da oynayıb.

2011 - 2015-ci illərdə "Barselona" Futbol Akademiyasında çıxış edən Takefusa Kubo "Real Madrid"ə 2019-cu ilin yayında transfer olunub.