Rayona getmək üçün qazılan quyuları əlləri ilə doldurdular

Röya Vahabova 21/06/2020

Xüsusi karantin rejimi ilə əlaqədar rayonlara üz tutmaq istəyən Bakı, Sumqayıt və Abşeron sakinləri növbəti dəfə postlardan yayınmaq məqəsdilə torpaq yollardan istifadə edib.

"Xəbərburo" "Qafqazinfo" ya istinadən xəbər verir ki, sürücülərin qeyri-qanuni olaraq rayonlara getməsinin qarşısını almaq məqsədilə post kənarlarında yerləşən torpaq yollar əvvəlcədən qazılsa da, bu, çarə olmayıb.

Belə ki, bəzi sürücülər texnika vasitəsilə qazılan quyuları əlləri ilə dolduraraq oranı keçməyə nail olub. Lakin növbəyti postda həmin sürücülər müəyyən edilərək məsuliyyətə cəlb olunub.