Rakitiçin təzə klubu məlum olub

Məmmədzadə Zərintac 01/09/2020

“Barselona”nın futbolçusu İvan Rakitiç karyerasını “Sevilya”da davam etdirəcək.

"XəbərBuro" xəbər verir ki, bu haqda Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xorvat yarımmüdafiəçi “Sevilya”ya transfer olunub. La Liqa təmsilçisi futbolçu ilə 2022-ci ilin yayına kimi sözləşmə imzalayacaq.

Rakitiç 2011-2014-cü illər aralığında da “Sevilya”da çıxış edib. Yarımmüdafiəçi 2014-cü ildən “Barselona”da idi.