Quterreş: " Dağlıq Qarabağ danışıqlarında status-kvo həmişəlik davam edə bilməz"
22/07/2020

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz".
“XəbərBuro” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə telefon danışığında söyləyib.
Baş katib öncə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahatlığını ifadə edib və insan tələfatı ilə bağlı təəssüf hissi keçirdiyini bildirib.
O, qeyd edibki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə səsləyib.