Qusarda yol qəzası baş verib, xəsarət alanlar var

Svetlana Mirzəyeva 26/07/2020

Qusar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "XəbərBuro"Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, rayonun Samur qəsəbəsində “Opel” markalı minik avtomobili yol kənarındakı kafenin divarına çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.