Qusarda sərxoş kişi intihar etdi

Leyla Aliyeva 21/08/2020

Qusarda sərxoş kişi özünü asaraq öldürüb.

“XəbərBuro” xəbər verir ki, hadisə rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Məhsim Nəsrəddin oğlu Dəmirov özünü yaşadığı evin həyətindəki çardaqda asıb.

Hadisə yerinə Qusar rayon polis şöbəsinin və prokorluğunun əməkdaşları gəlib.

Məlum olub ki, intihar edərkən M.Dəmirov sərxoş olub.

Faktla bağlı Qusar rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır