Qubada minik avtomobili aşıb.
Leyla Aliyeva 09/07/2020

"Xəbərburo" xəbər verir ki, hadisə rayonun Xanəgah kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Nissan x-trail” markalı avtomobilin yoldan çıxıb aşması nəticəsində avtomobildə olan rayonun Aşağı Atuc kənd sakini, 2002-ci il təvəllüdlü Niriyyə Vaqif qızı Cəfərova və sürücü, rayonun Ağbil kənd sakini 1981-ci il təvəllüdlü Vüsal Teymurşah oğlu Sultanov xəsarət alıb.
Yaralılar Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.