Qonşu ölkələrdə koronavirusla bağlı son statistika

Röya Vahabova 23/06/2020

Rusiyada son sutka ərzində daha 7 425 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 599 min 705-ə çatıb.

"Xəbərburo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı  234 min 917 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 153 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 8 359-a çatıb. Ümumilikdə 356 min 429 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 3 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 911-ə çatıb. Xəstəlik səbəbindən 14 nəfər həyatını itirib, 768 nəfər isə sağalaraq evinə buraxılıb.

Ermənistanda sutka ərzində daha 418 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 21 006-ya çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 12 nəfər artaraq 372-yə çatıb. Ümumilikdə 10 144  pasiyent müalicə olunaraq sağalıb, 10 364  xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.