QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi
17/10/2021

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Əlirza Qafarov vəfat edib.
Bu barədə "Report"a mərhumun oğlu məlumat verib. O bildirib ki, atası Ə.Qafarov 60 yaşında koronavirusdan dünyasını dəyişib.
Ə.Qafarov QMİ-nin Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Ə.Qafarov bir müddət əvvəl koronavirusa yoluxmuşdu o, "Yeni klinika"da müalicə olunurdu.