
Qızın əlini bıçaqlayaraq telefonunu alıb
25/07/2020
Hacıqabul rayon sakini G.Alıkişiyevaya qarşı quldurluq törətməkdə şübhəli olan Biləsuvar rayon sakini R.Əsədov müəyyənləşdirilərək saxlanılıb.
“XəbərBuro" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, 22 iyul saat 21 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G.Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılmışdır. Faktla əlaqədar cinayət işi başlanıb.
Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
Related Articles


Qayınanasını öldürdüyünü etiraf etsə də, ərinin qətlə yetirdiyi məlum oldu



Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı - üzr istədi








Xaricdə yaşayan narkotacirə Bakıda narkokuryerlik edən 3 nəfər saxlanıldı.










